Xəbərlər

İranlı general: ABŞ-ın Yaxın Şərqdəki hərəkətləri onların təhlükəsizliyinə təsir edə bilər

“Vaşinqtonun Yaxın Şərqdə atdığı addımlar ABŞ-ın özünün təhlükəsizliyinə təsir edə bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu TASS-a İran Silahlı Qüvvələrinin Baş Qərargahının Əməliyyat Qərargahının rəis müavini, briqada generalı Əli Şadmani “Ordu-2024” forumunun kuluarlarında deyib.

“Bizim Birləşmiş Ştatlara mesajımız odur ki, onlar Yaxın Şərqdəki terrorçu dəstəni dəstəkləməyi dayandırsınlar, çünki bu, təkcə bizim deyil, həm də onların təhlükəsizliyini poza bilər”, – Əli Şadmani vildirib.