Xəbərlər

İraq ABŞ-dan rəhbərlik etdiyi koalisiya qüvvələrini İraqdan çıxarmasını tələb edib

“ABŞ İraqda İŞİD-ə qarşı mübarizə aparmaq üçün rəhbərlik etdiyi koalisiya qüvvələrini İraqdan çıxarılmalıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu İraqın baş naziri Məhəmməd Sudani söyləyib.

“Beynəlxalq koalisiya missiyasının sona çatması İraqın təhlükəsizliyi və sabitliyi üçün bir zərurətdir”, – Sudani qeyd edib.

Baş nazir bildirib: “Koalisiya qüvvələrinin mövcudluğunun səbəbi İŞİD-ə qarşı mübarizə olub. Bu gün İraqdakı bütün ekspertlərin açıqlamalarına görə, təhlükəsizlik vəziyyəti İŞİD-in İraq üçün təhlükə yaratmadığını göstərir və Beynəlxalq koalisiyanın İraqdakı missiyası bununla sona çatdı”.

Sonda isə Sudani İraq və beynəlxalq koalisiya ölkələri arasında konstruktiv ikitərəfli münasibətlərin də qorunub saxlanılmalı olduğunu bildirib.