Xəbərlər

İraq Bağdadda Ərəb Liqasının sammitinə ev sahibliyi etməyə hazırdır

“İraq Ərəb Dövlətləri Liqasının (LAS) Bağdadda keçirilməsi planlaşdırılan növbəti sammitinə ev sahibliyi etməyə hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu İraq Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn deyib.

“Biz ərəb sammitini Bağdadda keçirməyə hazırıq. Regionda vəziyyət son dərəcə təhlükəlidir. Yüksək səviyyədə müzakirə tələb edən mühüm və həssas məsələlər var”, – o əlavə edib.