Xəbərlər

İraq: BMT Təhlükəsizlik Şurası mövcud münaqişələri həll etmək iqtidarında deyil

“BMT Təhlükəsizlik Şurası mövcud münaqişələrin həllinə nail ola bilmir”.

“Füyuzat”ın məlumatına görə, bunu İraqın Baş naziri Məhəmməd əl-Sudani Nyu-Yorkda BMT Baş Assambleyasının tribunasından çıxışı zamanı deyib.

“Dünya hərtərəfli qarşıdurma və münaqişələrə cəlb olunub, BMT Təhlükəsizlik Şurası isə çarəsizdir. Beynəlxalq sistem mövcudluğunu təhdid edən və onu beynəlxalq sülh və təhlükəsizliyin qorunması da daxil olmaqla, yaradıldığı məqsədlərə nail ola bilməyən çətin problemlə üz-üzədir”, – Baş nazir qeyd edib.