Xəbərlər

İraq: İrana qarşı istənilən müharibənin nəticələrindən qorxuruq

“İraq coğrafi mövqeyini nəzərə alaraq, İrana qarşı istənilən müharibənin nəticələrindən qorxur”.

“Füyuzat”ın məlumatına görə, bunu İraq Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn deyib.

“Təhlükələr var. Coğrafiyanı nəzərə alaraq, biz İrana qarşı istənilən müharibənin nəticələrindən qorxuruq. İraqın siyasəti ölkəni müharibədən uzaqlaşdırmaqdır. Hökumət bu siyasəti uğurla davam etdirir, lakin bizə ölkə daxilində də sülh lazımdır. Amerika tərəfi ilə təmaslarımız davam edir. Biz ABŞ-ın yeni administrasiyası ilə daim işləməyə hazırıq”, – nazir qeyd edib.