İraq İsraillə bağlı BMT-nin baş katibi Antonio Quterreşə və dünya təşkilatının Təhlükəsizlik Şurasına etiraz edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
“İraq oktyabrın 26-da İsrailin İraqın hava sərhədlərini kobud şəkildə pozması və İrana zərbələr endirmək üçün ölkənin hava məkanından istifadə etməsi ilə əlaqədar baş katibə və BMT Təhlükəsizlik Şurasına rəsmi etiraz notası göndərib”, – məlumatda bildirilib.