“İraq yaxın vaxtlarda qərb sərhədini gücləndirməyi planlaşdırır”.
“Füyuzat”ın məlumatına görə, bunu İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəsmi nümayəndəsi Yəhya Rəsul deyib.
“Son hadisələr fonunda İraqın baş komandanı və Baş nazir Məhəmməd əl-Sudani bir sıra tədbirlər, o cümlədən təhlükəsizlik qüvvələrinin sürətlə yerləşdirilməsi yolu ilə ölkənin qərb sərhədinin möhkəmləndirilməsi, lazımi cavab planlarının işlənib hazırlanması və hərbi əməliyyatların həyata keçirilməsi barədə göstəriş verib. İraq səmasının təhlükəsizliyini təmin etməli və onun ərazisindəki həyati əhəmiyyətli obyektləri qorumalı olacaq”, – nümayəndə vurğulayıb.
Bundan əlavə, Əl-Sudani BMT-dən İsraili cilovlamaq və beynəlxalq hüququn pozulmasına görə onu məsuliyyətə cəlb etmək üçün lazımi tədbirlər görməyi istəyib.