Xəbərlər

İraq və Rusiya 25-dən çox saziş və memorandum layihəsi üzərində işləyir

“İraq və Rusiya Federasiyası 25-dən çox saziş və anlaşma memorandumunun layihəsi üzərində işləyir, onlardan bəzilərinin yaxın gələcəkdə imzalanması gözlənilir”.

“Füyuzat”ın məlumatına görə, bunu İraq Xarici İşlər Nazirliyinin (XİN) Avropa departamentinin direktoru Baki Əziz Moskvada Rusiya ilə İraq arasında diplomatik münasibətlərin qurulmasının 80 illiyinə həsr olunmuş sərgidə deyib.

“İki dost ölkəmizi çoxlu sayda ikitərəfli sazişlər, anlaşma memorandumları, tərəflərimizin imzaladığı protokollar birləşdirir. 25-dən çox saziş layihəsinə baxılması istiqamətində işlər aparılır və anlaşma memorandumları, onların böyük bir hissəsinin razılaşdırılması üçün işlər başa çatdırılıb və yaxın gələcəkdə sənədlərin imzalanmasını gözləyirik”, – Baki Əziz bildirib.