Xəbərlər

İraqda 37 ildən sonra ilk dəfə əhalinin siyahıyaalınması aparılır

“İraq əhalisinin sayı, ölkədə 37 ildən sonra ilk dəfə keçirilən ümumi siyahıyaalmaya görə, 45,4 milyon nəfərdir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İraq Nazirlər Kabinetinin rəhbəri Məhəmməd əl-Sudani xüsusi mətbuat konfransı zamanı deyib.

“Hazırda İraqda sakinlər və qaçqınlar da daxil olmaqla 45 milyon 407 min 495 nəfər yaşayır. Əhalinin 50,1 faizi kişilər, 49,8 faizi isə qadınlardır. 15 yaşa qədər olan əlil əhalinin payı İraqın ümumi əhalisinin 36,1 faizini, 65 yaşdan yuxarı olanların isə 3,7 faizini təşkil edir”, – Məhəmməd əl-Sudani vurğulayıb.