İraqda fəaliyyət göstərən əsas silahlı qruplaşmalarından biri olan “Kətaib Hizbullah” ABŞ prezidenti Donald Tramp administrasiyası ilə gərginliyi azaltmaq məqsədilə silahı yerə qoymağı planlaşdırdığına dair xəbərləri təkzib edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Shafaq news” məlumat yayıb.
“Reuters” agentliyi tərəfindən yayılan bu məlumatın qrupun mövqeyi və onun prinsipləri ilə heç bir əlaqəsi yoxdur”, – deyə telekanal qruplaşmaya istinadən bildirib.
“Kətaib Hizbullah” xəbərdarlıq edib ki, “qrupun rəsmi nümayəndələrindən kənar alınan istənilən məlumat yalan və böhtandır”. İranyönlü qrup həmçinin bilə-bilə yalan məlumat yaydığına görə “Reuters”i məhkəməyə verə biləcəyini bildirib.
Daha əvvəl “Reuters” agentliyi “Kətaib Hizbullah” da daxil olmaqla, bir neçə qruplaşmanın üzvlərinə istinadən məlumat vermişdi ki, İraq İslami Müqavimətinin bir hissəsi olan yarımhərbi qruplar Bağdad və Vaşinqton arasında münaqişənin genişlənməsinin qarşısını almaq üçün tərksilaha hazırdırlar. Həmçinin bildirilib ki, iranpərəst birləşmələr İraqın böyük şəhərlərindən, xüsusilə Mosuldan geri çəkilmək niyyətlərini bəyan ediblər.