Xəbərlər

İraqın Baş naziri Bağdadda Rusiyanın nümayəndə heyətini qəbul edib

İraqın Baş naziri Məhəmməd əl-Sudani Bağdadda Rusiya Baş nazirinin müavini Aleksandr Novakın başçılıq etdiyi Rusiya nümayəndə heyətini qəbul edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İraq Nazirlər Kabinetinin rəhbərinin mətbuat xidməti məlumat yayıb.

“Görüşdə ikitərəfli əlaqələr, onların müxtəlif sahələrdə, xüsusilə enerji sahəsində, süni intellektdən istifadə və rəqəmsal sahədə əməkdaşlıqda inkişaf etdirilməsi və möhkəmləndirilməsi yolları müzakirə olunub. Tərəflər arasında tarixi əlaqələrin əhəmiyyəti vurğulanıb”, – məlumatda qeyd edilib.