Xəbərlər

İraqın Baş naziri Rusiyaya səfər etməyi planlaşdırır

İraqın Baş naziri Məhəmməd əl-Sudani Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov ilə Bağdadda danışıqlar zamanı yaxın vaxtlarda Rusiyaya səfər etməyi planlaşdırdığını açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, müvafiq bəyanatı əl-Sudaninin ofisi yayıb.

“Görüş zamanı İraqın Baş naziri yaxın vaxtlarda Rusiya Federasiyasında keçiriləcək Rusiya-Ərəb sammitində iştiraka ilkin razılıq verib”, – məlumatda deyilir.

Sözügedən səfərlə bağlı əlavə təfərrüatlar verilməyib.