İraqın Baş naziri Məhəmməd əl-Sudani mayın 17-də Bağdadda keçiriləcək ərəb liderlərinin görüşündə iştirak etmək üçün Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraya rəsmi dəvət göndərib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Baş nazir Süleymaniyyə şəhərində çıxışı zamanı bildirib.
“Mən Suriya prezidentinə Bağdadda keçiriləcək ərəb sammitində iştirak etmək üçün dəvət göndərmişəm. Bu sammit İraqın regional və beynəlxalq siyasi arenalara qayıdışını təsdiqləyir”, – Baş nazir əlavə edib.