Xəbərlər

İrəvan: Ankaranın siyasi iradəsi olarsa, problemləri həll etmək olar

“Türkiyə hakimiyyətinin siyasi iradəsi olarsa, Ermənistan və Türkiyə bütün problemləri həll edə və münasibətləri tamamilə normallaşdıra bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan İrəvanda “İrəvan dialoqu” beynəlxalq forumu zamanı deyib.

“Biz sərhədlərin açılmasına, diplomatik münasibətlərin qurulmasına hər zaman hazır olmuşuq, indi də hazırıq. Əgər türk qonşularımızın siyasi iradəsi olarsa, o zaman münasibətlərimizi tam normallaşdıra bilərik”, – Rubinyan bildirib.