Xəbərlər

İrəvan: Bakı ilə müqavilə layihəsində məhbuslarla bağlı maddə yoxdur

“Ermənistan və Azərbaycan arasında sülh sazişi layihəsində erməni məhbusların azad edilməsi məsələsi yer almayıb”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə deyib.

Ermənistan hakimiyyəti bildirib ki, Azərbaycanda onlarla məhbus, o cümlədən Ermənistan sərhədində və Qarabağda həbs edilmiş “hərbi zabitlər”, həmçinin keçmiş qondarma respublikanın “prezidentləri” və digər “yüksək rütbəli məmurları” saxlanılmaqda davam edir.