“Ermənistan Azərbaycanla sülh sazişinin yekun mətnini bir ay ərzində yekunlaşdırmağa və imzalamağa hazırdır. Bakıdan müsbət cavab gözləyir”.
“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Ermənistan Azərbaycanla sülh müqaviləsi sənədini bir ay ərzində yekunlaşdırmağa və onu imzalamağa hazırdır, deyə bilmərəm ki, biz Azərbaycan tərəfinin bir ay ərzində sənədi imzalamağa hazır olduğunu görürük”, – Mirzoyan bildirib.