Xəbərlər

İrəvan: Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında danışıqlar konstruktiv keçib

Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında mayın 10-11-də Almatıda keçirilən son danışıqlar konstruktiv şəraitdə keçib.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

“Son danışıqlar konstruktiv olub”, – erməni nazir qeyd edib.