“İrəvan öz səfiri Razmik Xumaryanı Minskə qaytarmaq niyyətində deyil”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
“İrəvanla Minsk arasında münasibətlər son vaxtlar xeyli soyuyub. İki ölkə rəsmiləri arasında gərginlik Belarus prezidentinin Qarabağ müharibəsinin nəticələri ilə bağlı səsləndirdiyi qiymətləndirmələrdən sonra yaranıb”, – məlumatda bildirilib.
“Belarus lideri faktiki olaraq Azərbaycana yardım etdiyini etiraf edib və Aleksandr Lukaşenko orada prezident olaraq qaldığı müddətdə rəsmilərimizə Belarusa getməyi qadağan edirəm”, – Ermənistanın Baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkoya cavabında bildirib.