Litva, İrlandiya və İtaliya Ukraynada yenidənqurma layihələrini birgə həyata keçirmək niyyətindədir. Üç ölkənin nümayəndələri Vilnüsdə müvafiq memorandum imzalayıblar.
“Füyuzat”ın məlumatına görə, bu barədə Baltik Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İrlandiyanın Ukrayna məktəbləri üçün sığınacaqların tikintisi ilə bağlı əməkdaşlığı planlaşdırılır, İtaliya məktəb binalarının bərpası üçün standart layihə hazırlamaq üçün “Gələcəyin Ukrayna Məktəbi” layihəsini hazırlayacaq”, – məlumatda qeyd edilib.
Litva Xarici İşlər Nazirliyi əlavə edib ki, İrlandiya sığınacaqların tikintisi üçün 3 milyon avro ayıracaq.