Xəbərlər

İRNA: İran İsrailin kiber komandanlıq qərargahına hücum edib

“İsrail ordusunun kiber komandanlığının qərargahı olan C4I korpusunu və İsrail ordusunun Qav Yamdakı kəşfiyyat mərkəzi bu səhər İranın raket zərbələrinin əsas hədəfi olub”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “İRNA” xəbər agentliyi məlumat yayıb.

Verilən məlumata görə, həmin ərazilərdə kəşfiyyat məlumatlarının emalı və kiber əməliyyatlara cavabdeh olan minlərlə hərbi qulluqçu olub.

Hələlik itkilərin olub-olmaması barədə dəqiq məlumat yoxdur.