Xəbərlər

İşiba: Yaponiya müdafiə qabiliyyətini və ABŞ ilə müttəfiq əlaqələri gücləndirəcək

“Bu il Yaponiya özünün müdafiə qabiliyyətinin artırılmasına və ABŞ-la ittifaqın möhkəmlənməsinə xüsusi diqqət yetirəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Yaponiyanın Baş naziri Şiqeru İşiba Yeni il münasibətilə keçirdiyi mətbuat konfransında deyib.

“Ən önəmlisi ölkəmizin müdafiə qabiliyyətidir. Yaponiya təkcə öz imkanlarını artırmaqla qalmayacaq, həm də müdafiə qabiliyyətini gücləndirəcək. Biz regionda tərəfdaşlıq şəbəkəsini dərinləşdirəcəyik”, – Baş nazir əlavə edib.