“İşıq” dərgisinin növbəti sayı işıq üzü görüb.
Sədaqət Qəhrəmanovanın baş redaktorluğu ilə nəşr olunan dərginin yeni sayında müxtəlif bədii-publisistik yazılar, ictimai təhlillər, ailə və qadın mövzusu ilə bağlı məqalələr yer alıb.
Jurnalın 122-ci sayında Sədaqət Qəhrəmanovanın “Baş redaktordan” sərlövhəli yazısını, Almaz Ələkbərovanın “Vətənə medal qazandıran analarımız” adlı məqaləsini, Pərvinin “Qadın olmaq – Həmidə xanım Cavanşir” başlıqlı araşdırmasını, Ləman Təhməzin uşaqların tərbiyəsi ilə bağlı “Uşaqlar üçün mətbuatın önəmi” adlı yazısını, Afaq İlhamqızının “Bahar çiçəyi” başlıqlı essesini, Rəşad Nağı Mustafanın “Ana” adlı şeirini, Şəfiqə Əfəndizadənin “Dirilik və varlıq qadınlarladır” başlıqlı tarixi məqaləsini, Şəfəq Sultan Əlixanlının “Qızım mənim” adlı nəsihətini, Günel Natiqqızının “Sən mənim səsimi eşidəcəksən” başlıqlı araşdırmasını, Minaxanım Təkəlinin “Rusiyada adına əlaçı təqaüdü təsis olunan türk qızı” adlı tarixi məqaləsini, Hürzət Təhməzlinin “Ana” başlıqlı essesini, Cabir Novruzun “Böyüməyə tələsmə” adlı şeirini, Şahnaz Şahinin “Fədakar jurnalist” başlıqlı məqaləsini, Fidan Vahidin “Yol” adlı essesini, Şəfa Vəlinin “Bir qadın – bir ev…mi?” başlıqlı xatirə yazısını, Ülviyyə Rəhmanın “Qələm” adlı miniatürünü, Zərif Əlixanlının “Fenareta” başlıqlı araşdırmasını, Lətafət Bayramovanın “Səssizlik” adlı essesini oxuya bilərsiniz.
Dərgini əldə etmək üçün müxtəlif kitab evlərinə yaxınlaşa və ya (+994 12) 433 22 96/97, (+994 55) 360 55 99, (+994 70) 360 55 99 əlaqə nömrələri vasitəsilə abunə ola bilərsiniz.
Xoş mütaliələr!



