Xəbərlər

“İşıq” dərgisinin 123-cü sayı işıq üzü görüb

“İşıq” dərgisinin növbəti sayı işıq üzü görüb.

Jurnalın 123-cü sayında Sədaqət Qəhrəmanovanın “Baş redaktordan” sərlövhəli yazısını, Vəfa Namazovanın “Mehriban Əliyeva və Azərbaycan multikulturalizmi” araşdırma-yazısını, Pərvinin “Qadın olmaq”, Günel Natiqqızının “Ana dedim, qarşımda bir gözəl səhnə açıldı”, Hürzət Təhməzlinin “Arzular” adlı esselərini, Nübar Məmmədovanın “Cavidlərin işıqlı izi” başlıqlı araşdırmasını, Afaq İlhamqızının “Qarağac ağacından asılı qalan ümidlər”, Fidan Vahidin “Manya”, Südabə Sərvinin “Çətin müsahibə” adlı hekayələrini oxuya bilərsiniz.

Yeni sayda həmçinin Təranə Adil Nağıyevanın “Qadın” şeiri, Salatının “Bir qayəm var”, Lətafət Bayramovanın “Yelləncəkdə gülən uşaq”, Fəzilə Əsgərovanın “Süni intellekt müasir liderləri dəyişməkdədir” başlıqlı məqalələri, Şəfəq Sultan Əlixanlının “Qızım mənim”, Umayın “Sevda qığılcımları: həsrət” silsilə esseləri, Ülviyyə Rəhmanın “Zaman” başlıqlı miniatürü, Ləman Vahidin “Nilufər: təmiz ruhların çiçəyi” adlı bədii yazısı və Həcər Rövşənin “Sağlam ana, sağlam körpə” adlı məqalələri də yer alıb.

Dərgini əldə etmək üçün müxtəlif kitab evlərinə yaxınlaşa və ya (+994 12) 433 22 96/97, (+994 55) 360 55 99, (+994 70) 360 55 99 əlaqə nömrələri vasitəsilə abunə ola bilərsiniz.

Xoş mütaliələr!