“İspaniya diplomatiyası 2025-ci ildə Ukrayna və Yaxın Şərqdəki münaqişələrə son qoymağa kömək etmək niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bunu İspaniya krallığının xarici işlər naziri Xose Manuel Albares deyib.
“2025-ci il sülh, demokratiya və ədalət üçün ən mühüm ildir. Bu il İspaniya diplomatiyası Ukrayna və Yaxın Şərqdə münaqişələrə son qoymağa kömək etməlidir”, – o bildirib.
Albares hesab edir ki, 2025-ci il Ukraynanın gələcəyi üçün həlledici olacaq.