Xəbərlər

İspaniya: III Dünya Müharibəsi ehtimalı yoxdur

İspaniyanın xarici işlər naziri Jose Manuel Albares yaxınlaşan hipotetik Üçüncü Dünya Müharibəsi barədə danışıb və bunun əlamətlərinin olmadığını söyləyib.

“Füyuzat”ın məlumatına görə, o bu barədə RNE radiosuna müsahibəsində deyib.

“NATO-da müharibə təbilləri səslənmir. Baş diplomat hesab edir ki, alyans tərəfindən hücum xarakterli hərəkətlər olmayacaq”, – diplomat qeyd edib.

“Hazırda bizim III Dünya Müharibəsinə doğru getdiyimizə dair heç bir əlamət yoxdur. Eyni zamanda Avropa, NATO və Avropa İttifaqına üzv dövlətlərdən hər hansı birinin başqa ölkə ilə müharibə etmə riskləri görünmür”, – xarici işlər naziri bildirib.