İspaniya Kralı VI Filipp qeyri-sabit beynəlxalq vəziyyət və qlobal çağırışların həlli üçün daha sıx əməkdaşlığın zəruriliyindən danışıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Kral sarayının mətbuat xidməti məlumat yayıb.
“Ölkədə akkreditə olunmuş diplomatların qəbulu zamanı monarx diqqəti dünyada mövcud olan mürəkkəb və qeyri-sabit beynəlxalq ssenariyə yönəldib və qeyd edib ki, qlobal çağırışlarla üzləşmək lazımdır. Bütün bunlar daha sıx və səmərəli əməkdaşlığı həmişəkindən daha zəruri edir”, – məlumata əlavə edilib.