“Yaxın Şərqdə gərginliyin artmasına görə məsuliyyət ABŞ-ın üzərinə düşür”.
“Füyuzat”ın məlumatına görə, bunu İspaniyanın solçu Podemos partiyasının baş katibi İone Belarra deyib.
“Bu gün İranın hücumlarına qarşı başını tutan, lakin İsrailin əli ilə Fələstinə qarşı əsrin ən dəhşətli soyqırımı qarşısında aylarla susanlar ən yüksək riyakarlıq dərəcəsini təmsil edirlər. Bütün eskalasiyaya görə məsuliyyət daşıyan tərəf ABŞ-dır”, – siyasətçi “X” səhifəsində bildirib.