Xəbərlər

İspaniya Ukraynaya 10 ədəd Leopard tankı göndərib

İspaniya hakimiyyəti Ukraynaya 10 ədəd Leopard tankı göndərib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İspaniya Krallığının Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, hərtərəfli təmir prosesi başa çatdıqdan sonra 10 ədəd Leopard 2A4 tankının Ukraynaya daşınmasına başlanılıb. Yükün gələn həftəsonuna qədər Polşa limanına çatacağı, daha sonra isə Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcəyi gözlənilir.