Xəbərlər

İspaniyada elektrik kəsintiləri nə vaxt öz həllini tapacaq?

“Normala dönməyin təxmini nə qədər qədər vaxt alacağını demək çətindir, çünki enerji şirkətləri bu barədə bizə dəqiq məlumat verə bilmirlər”.

“Füyuzat”ın məlumatına görə, bunu İspaniya Krallığının Baş naziri Pedro Sançez mətbuata açıqlamasında deyib.

Sançez əlavə olaraq qeyd edib: “İspaniyanın elektrik şəbəkəsi cəmi 5 saniyə ərzində 15 gigavat elektrik enerjisini itirib. Həmçinin bu itirilən enerji İspaniyanın günlük tələbatının 50%-dən çox hissəsini təşkil edir. Bu, İspaniyada daha öncə baş verməyən bir hadisədir”.

Qeyd edək ki, analoji hadisə təkcə İspaniyada yox, Portuqaliyada da yaşanıb.