İspaniyada yaşanan sel fəlakətində ölənlərin sayı 217 nəfərə çatıb. Təbii fəlakətlə bağlı axtarış-xilasetmə işləri davam edir.
“Füyuzat”ın məlumatına görə, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Valensiya bölgəsinin təxminən yarısına yaxın rayonlarında, xüsusilə də seldən ən çox zərər çəkən Paiporta, Bonaire, Çiva, Sedavi və Alfafarda evlərin, mağazaların və küçələrin palçıq və zibildən təmizlənməsi və zədələnmiş avtomobillərin ərazidən çıxarılması davam edir.
Hazırda bölgədə 17 min polis, jandarma, hərbçi və mülki müdafiə işçisi çalışır.
Yerli hakimiyyət orqanlarından verilən açıqlamalarda indiyədək 400-dən çox yük maşını ilə küçələrdən tonlarla zibil yığıldığı, küçələrin tamamilə təmizlənməsinə ən azı bir həftə vaxt lazım olduğu bildirilib.
Qeyd edək ki, yaşanan fəlakət “əsrin fəlakəti” olaraq xarakterizə edilir.