Xəbərlər

İspaniyada tapılan dəniz qabıqları ən qədim musiqi alətləri ola bilər

İspaniyanın 6000 illik neolit ​​yaşayış məskənlərində tapılan dəniz qabığı trubaları dünyanın ən qədim musiqi alətlərinə aid ola bilər.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Guardian” məlumat yayıb.

Barselona Universitetinin arxeoloqu, musiqişünası və peşəkar truba ifaçısı Miquel Lopez Qarsiya bəşər tarixinə işıq salacaq bu faktı gün üzünə çıxarıb.

Lopez Qarsiya və onun həmkarı Marqarita Diaz-Andreu Kataloniyada neolit ​​dövrü yaşayış məntəqələrində və mədənlərdə tapılmış eramızdan əvvəl 5-ci və 4-cü minilliklərə aid 12 böyük dəniz qabığı trubasını araşdırıblar. Qabıqlardakı deşiklər və uclarının qəsdən çıxarılması onların yemək üçün deyil, musiqi aləti kimi istifadə olunduğunu göstərir.