2023-cü ilin oktyabrından İsrail hava və dəniz yolu vasitəsilə 50 min tondan çox hərbi texnika alıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Təchizat zamanı 500 uçuş və 107 dəniz avadanlıqlarının vasitəsilə İsrailə 50 min tondan çox hərbi texnika çatdırılıb”, – məlumatda bildirilib.
Qeyd edilib ki, alınan texnikalara döyüş sursatı, fərdi mühafizə vasitələri, zirehli texnika və tibbi avadanlıqlar daxildir.