İsrail Fələstin Prezidenti Mahmud Abbasın Qəzza zolağına səfər etmək istəyini rədd edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fələstin Prezidentinin xüsusi nümayəndəsi Riyad əl-Maliki açıqlama verib.
“Mahmud Abbasın Fələstin ərazisinin heç bir hissəsinə səfər etmək üçün icazəyə ehtiyacı yoxdur”, – o bildirib.
Bu qərarın Qəzzanın İsrailin hərbi işğalı altında olduğunun sübutu olduğunu vurğulayan Maliki qeyd edib ki, Abbas İsrailin Qəzzaya girməsinə icazə verməyəcəyini əvvəlcədən bilirdi.
Bu səbəbdən Fələstin Prezidenti İsrail maneəsini aşmaq üçün BMT Təhlükəsizlik Şurasından dəstək və təhlükəsizlik zəmanəti tələb edib.