Xəbərlər

İsrail Beyrutun cənub ətrafına 3 raket zərbəsi endirib

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar yenidən Beyrutun cənub ətrafına və Hizbullah təşkilatının obyektləri ilə tərəfdarlarının yaşadığı ərazilərə hücum edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri sonuncu dəfə oktyabrın 3-də Beyrutun cənubuna zərbələr endirib, bombardman zamanı fəaliyyətini müvəqqəti dayandıran Həriri Beynəlxalq Hava Limanının ətrafı da hədəf olub.