İsrail ordusu Qəzza zolağının şimalındakı Beyt-Lahiya qəsəbəsində silahlı radikalların varlığına dair kəşfiyyat məlumatı aldıqdan sonra əməliyyata başlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri bölgədəki fəaliyyət çərçivəsində fələstinlilərin təhlükəsizliyi üçün mütəşəkkil marşrutlar üzrə döyüş bölgələrindən təxliyəsini asanlaşdırır”, – məlumatda bildirilib.
Qeyd edilib ki, İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Rəfah bölgəsində bir neçə silahlı radikalı məhv edib, Qəzzanın mərkəzi hissəsində məqsədli reydlər həyata keçirib və bu reydlər zamanı silah-sursat aşkar edib.