Xəbərlər

İsrail bir gündə Qəzzada 50 hədəfə hava zərbələri endirib

“İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Qəzza zolağında 50-dən çox hədəfə hücum edib. Onların arasında minalanmış binalar, silahlı radikal qruplaşmalar və atıcı qurğular olub”.

“Füyuzat”ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, son sutka ərzində anklavın cənubundakı Rəfah şəhəri ərazisində onlarla radikal öldürülüb, bir neçə minalanmış bina zərərsizləşdirilib.

Ordu Qəzza şəhərinin şərq hissəsindəki ərazilərdən biri olan Əl-Şücayyada döyüşləri davam etdirir. 24 saat ərzində sektorun həmin hissəsində yerləşdirilmiş İsrail hərbçilərinə atəş açan bir neçə silahlı öldürülüb. Tanklardan istifadə etməklə daha onlarla silahlı məhv edilib.