Xəbərlər

İsrail döyüş təyyarələri Beyrut səmasına daxil olub

İsrail ordusuna məxsus döyüş təyyarələri Livanın hava məkanını pozaraq, paytaxt Beyrut səmasında uçub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd edilib ki, Hizbullahın qalası kimi tanınan Beyrutun cənubundakı Dahiye bölgəsi üzərində alçaq uçuş keçirən İsrail döyüş təyyarələri şəhərin hər yerində ardıcıl iki dəfə eşidilən şiddətli səs bumu yaradıblar.