İsrail Müdafiə Nazirliyi xüsusi proqram çərçivəsində pilotsuz uçuş aparatları (PUA) və digər sistemlərin inkişafı üçün texnoloji startaplara 500 milyon dollar vəsait ayıracağını bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Qeyd edilib ki, nazirlik hazırda 270 startapla əməkdaşlıq edir, onlardan 100-ü proqramlarda birbaşa iştirak edir.