“Hazırda hamını evə gətirmək imkanımız yoxdur”.
“Füyuzat”ın məlumatına görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS tərəfindən saxlanılan əsirlərlə bağlı deyib.
O, Müharibə Kabinetinin digər üzvləri ilə birlikdə Qəzza zolağında saxlanılan əsirlərin qohumları və bir neçə gün əvvəl azad edilmiş əsirlərlə görüşüb.
Netanyahu əsirlərin yaxınlarına deyib: “Hazırda hamını evə gətirmək imkanımız yoxdur. Kimsə düşünürmü ki, belə bir variant olsa, biz imtina edərik?”