Xəbərlər

İsrail: HƏMAS Siyasi Bürosunun yeni rəhbəri girovlarla bağlı razılaşmaya maneədir

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvarı girovların azad edilməsi və Qəzza zolağında atəşkəslə bağlı razılığın əldə olunmasına yeganə maneə hesab edir.

“Füyuzat”ın məlumatına görə, bu barədə ofisin verdiyi məlumatda bildirilib.

“Sinvar girovların azad edilməsinə dair razılaşmanın qarşısında yeganə maneə idi və elə olaraq da qalır. HƏMAS Siyasi Bürosunun yeni rəhbəri avqustun 15-nə planlaşdırılan sövdələşmə ilə bağlı danışıqlara nümayəndə heyəti göndərməkdən imtina edir”, – məlumatda bildirilib.