Xəbərlər

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda Hizbullah hərəkatının hərbi obyektlərinə hücumlar həyata keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Walla” xəbər portalı məlumat yayıb.

Qeyd edilib ki, İsrail qırıcıları Kəbriha bölgəsinə silsilə zərbələr endirib.

Dağıntı və itkilər barədə məlumat yoxdur.