İsrailin hərbi kəşfiyyat rəisi, general-mayor Aron Haliva çərşənbə günü istefa verib. O, çıxışında HƏMAS-ın 7 oktyabr hücumu zamanı İsraili müdafiə etmədiyinə görə məsuliyyəti üzərinə götürüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Middle East Eye” məlumat yayıb.
Silahlı qüvvələrin başçısı general-leytenant Herzi Halevi və milli kəşfiyyat xidmətinin rəhbəri Ronen Bar hücumun qarşısını almaqda aciz olduqlarını etiraf etdikdən sonra Haliva aprel ayında istefa verəcəyini açıqlamışdı.
“Kəşfiyyatın uğursuzluğu mənim günahımdır. Vicdanımda və çiynimdə daşıdığım və son günə qədər daşıyacağım o kədərli gündə biz andımızın müqəddəsliyini pozduq”, – deyə Haliva qeyd edib.