Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri (HHQ) Qəzza zolağının hər yerində 70 hədəfə zərbələr endirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları və təyyarələri Qəzza zolağının bütün ərazisində hərbi komplekslər, silah anbarları, raket buraxılış qurğuları, müşahidə məntəqələri, terrorçu birləşmələr və əlavə terror infrastrukturu da daxil olmaqla, 70 terrorçu hədəfə zərbələr endirib”, – məlumatda qeyd edilib.