Xəbərlər

İsrail və Hizbullah arasında müharibə başlayır?

Son günlər İsraillə Livanda yerləşən Hizbullah arasında gərginlik artıb. Bölgədəki gərginlik beynəlxalq narahatlıqları artırır, çünki hər iki tərəf qarşılıqlı təhdidlər edir.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

“Oktyabrın 7-dən Qəzza zolağına hücumlarını davam etdirən İsrail şimal sərhədində də Livan Hizbullahı ilə döyüşür. Son həftələr İsrail və Livan arasında “Mavi xətt” adlanan sərhəd xəttində gərginlik artmaqdadır”, – məlumatda bildirilib.

Məlumata görə, İsrail ordusu iyunun 18-də Livana mümkün hücum üçün əməliyyat planını təsdiqlədiyini açıqlayıb və Hizbullah Təl-Əvivin kritik obyektlərinin yerlərini və fotoşəkillərini əks etdirən videolar yayımlayıb.

Digər tərəfdən, İsrailin xarici işlər naziri Yisrael Katz, hərtərəfli müharibə vəziyyətində Hizbullahı məhv edəcəyi ilə hədələyib.

Hizbullahın baş katibi Həsən Nəsrullah isə xəbərdarlıq edib ki, mümkün müharibə vəziyyətində İsrailin heç bir hissəsi Hizbullahın raketlərindən təhlükəsiz olmayacaq.