İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında Beyrutda Hizbullah hərəkatını maliyələşdirən Əl-Qard Əl-Həssan maliyyə və kredit assosiasiyasına məxsus 15 binaya hücum edib.
“Füyuzat”ın məlumatına görə, bunu İsrailin xarici işlər naziri İsrail Katz deyib.
“Beyrut yanır. İsrail Hərbi Hava Qüvvələrinin genişmiqyaslı hücumu Hizbullahın Beyrutda və Livanda yerləşən maliyyə infrastrukturunu hədəfə alıb. Sakinlərin təxliyəsi barədə xəbərdarlıq edildikdən sonra 15-dən çox binanın dağıdılmasından sonra Beyrut üzərində böyük alovlar müşahidə olunub. Hizbullah İsrailə qarşı təcavüzü və İsrailin şimalına raket hücumları üçün ağır bədəl ödəyib və ödəməyə də davam edəcək”, – Katz bildirib.