Xəbərlər

İsrail Hizbullahın 230-dan çox hədəfinə zərbələr endirib

İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində Hizbullahın 230-dan çox obyektini vurub.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Livanda və Qəzza zolağında təxminən 230 Hizbullah və HƏMAS terror obyektinə, o cümlədən Hizbullahın hava bölməsinə aid 3 komanda mərkəzinə zərbələr endirib”, – məlumatda bildirilib.