Xəbərlər

İsrail Hizbullahın hərbi bazasına hücum edib

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda bir neçə silahlı radikalın daxil olduğu Hizbullahın hərbi bazasına hücum edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

“İsrail əsgərləri Livanın cənubundakı Blida bölgəsində Hizbullahın hərbi bazasına sızan terrorçuları görüblər. Bundan qısa müddət sonra İsrail Hərbi Hava Qüvvələri terrorçuların fəaliyyət göstərdiyi bazaya zərbələr endirib”, – məlumatda bildirilib.