Xəbərlər

İsrail Hizbullahın silah anbarına zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Blida bölgəsində yerləşən Hizbullahın silah anbarına hücum edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Hücum zamanı Livanın cənubunda yerləşən digər hərbi hədəflərə də zərbələr endirilib.