Xəbərlər

İsrail hücumları nəticəsində 6 iranlı nüvə alimi həlak olub

İsrailin İrana endirdiyi zərbələr nəticəsində 6 nüvə alimi həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd edək ki, İsrail İranın nüvə proqramını hədəf alan “Yüksələn aslan” əməliyyatına başlayıb.

Bundan əlavə, İsrail Müdafiə Nazirliyi bildirib ki, 200 qırıcı təyyarə gecə ərzində İranda 100-dən çox hədəfə hücum edib və nəticədə İranın yüksək rütbəli üç hərbi komandiri, o cümlədən rejimin baş qərargah rəisi, SEPAH komandiri və fövqəladə vəziyyət komandanlığının rəhbəri həlak olub.

İsrailin Baş naziri Benyamin Netanyahu əlavə zərbələrin endiriləcəyi ilə bağlı xəbərdarlıq edib.