İsrail hökuməti noyabrda 319 humanitar missiyadan 105-nə Qəzza zolağına daxil olmağa icazə verməyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin işğal olunmuş Fələstin ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi (OCHA) məlumat yayıb.
“Noyabrın 1-dən noyabrın 18-dək Qəzza zolağında ümumilikdə 319 humanitar missiyanın həyata keçirilməsi planlaşdırılırdı. Bunlardan 132 missiyaya (41%) icazə verilib və 105 missiyaya (33%) giriş qadağan edilib. Digər 51 missiya (16%) maneələrlə qarşılaşıb və 31 missiya (10%) maddi-texniki və ya təhlükəsizlik problemləri səbəbindən ləğv edilib”, – sənəddə qeyd olunub.